banner
banner

Dünya

Tramp əleyhinə aksiyada 71 nəfər saxlanıldı

Tramp əleyhinə aksiyada 71 nəfər saxlanıldı
ABŞ-ın Portlend şəhərində (Oreqon ştatı) Donald Trampın prezident seçilməsinə qarşı keçirilən etiraz aksiyasında 71 nəfər saxlanılıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 20 nəfərin saxlandığı bildirilirdi.
 
Məlumata əsasən, etirazların davam etməsi ilə əlaqədar şəhərdə komendant saatı elan edib.  Bildirilir ki, məhdudiyyət yalnız yetkinlik yaşına çatmayanlar üçün şamil edilir.
 
ABŞ-ın bir çox şəhərində artıq Tramp əleyhdarlarının kütləvi etiraz aksiyaları davam edir. Nyu-York, Mayami, San-Fransisko, Atlanta, Filadelfiya və Portlend şəhərlərində aksiyalar iğtişaş və toqquşmalarla nəticələnib, yüzlərlə etirazçı saxlanılıb.    
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.