Türkmənistanda FETÖ əməliyyatı - 19 İŞ ADAMI TUTULDU
Türkmənistanın Ahal vilayətində xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat zamanı 19 nəfər saxlanılıb.
Bu barədə Türkmənistan KİV-i xəbər yayıb.
Məlumata əsasən, saxlanılanların böyük əksəriyyəti biznesmenlərdir. Onların hamısı Türkmənistan -Türkiyə məktəbləri və ya Türkiyə universitetlərinin məzunlarıdır. Onlar Fəthullah Gülənin yaratdığı “Hizmət” hərəkatı ilə əlaqədə şübhəli bilinirlər.
Xatırladılır ki, sentyabrın 13-də Türkmənistan və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Rəsmi məlumatlara əsasən, liderlər bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər. Qeyri-rəsmi məlumatlara görə, telefon danışığı zamanı söhbət “bütün region üçün təhlükə törədə biləcək” Gülən tərəfdarları ilə birgə mübarizədən gedib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.