Rusiya millisi noyabrın 15-də yoxlama oyununda Rumıniya ilə qarşılaşacaq.
Qol.az-ın “Sports.ru”ya istinadən yaydığı xəbərə görə, Rusiya yığması qarşıdakı matçın hazırlıqlarını Qroznıdakı “Axmet-Arena”da davam etdirir.
Komandanın bugünkü məşqini izləyənlər arasında Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov da olub. Kadırov məşqi yerli “Terek” klubunun prezidenti Maqomed Daudovla birgə izləyib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.