banner
banner

Dünya

ABŞ-da meşə yanğınları: yüzlərlə insan xəstəxanaya yerləşdirildi

ABŞ-da meşə yanğınları:

Amerikanın Tenessi ştatında meşə yanğınlarının yaratdığı tüstü səbəbindən səhhəti pisləşən yüzlərlə insan xəstəxanaya yerləşdirilib. 

 
"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən ABC telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, yanğınlardan daha çox Çattanuqa şəhərinin sakinləri zərər çəkib. Burada 200-dən çox yerli sakin nəfəs borusunda yaranan problemlə bağlı həkimə müraciət edib. Sinoptiklərin məlumatına görə, mürəkkəb vəziyyət yaxın günlərdə də davam edəcək. 
 
Çünki regionda ilin sonunadək güclü yağıntı gözlənilmir. Ştat qubernatoru Bill Heslem yeni yanğınların qarşısını almaq üçün 50-dən çox dairənin sakininə ocaq qalamağı qadağan edib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.