Suriya ordusu Rusiya, İran və Çinin dəstəyi ilə Hələb və şimal ərazilərini təmizləmə əməliyyatına başlayır, sonrakı hədəf Türkiyənin hücuma hazırlaşdığı əl-Bab var, Rusiya və Türkiyənin növbəti dəfə qarşı-qarşıya gəlməsi riski var.
Suriya ordusu ölkənin ikinci böyük şəhəri Hələbin təmizlənməsi əməliyyatına hazırlaşır. Bu barədə İran mediası məlumat yayıb. Hələ uğurunda döyüşlər iki ildən çoxdur davam edir, şəhər faktiki olaraq iki hissəyə bölünmüş vəziyyətdədir. Ötən həftə silahlılar Hələbdəki hökumət qüvvələri mövqelərinə iki dəfə hücum təşkil etsələr də, şəhəri tam olaraq nəzarətə almaq mümkün olmayıb.
İndi isə hökumət Hələbə ordu toplayır. Gələn bilgilərə görə, Rusiya qüvvələri də Hələb əməliyyatına hazırlaşır. Bildirilir ki, hökumət qüvvələri Hələbdə geniş miqyaslı əməliyyat başladıb şəhəri tamamilə nəzarətə almaqda qərarlıdır. Artıq Rusiya aviasiyasının Hələbdəki silahlıların mövqelərini bombalamağa başlayıb. Əməliyyatda İran və Hizbullah qüvvələrinin də iştirak edəcək. Ancaq mətbuatda İraq və Misirdən də silahlı birləşmələrin Hələb əməliyyatına qatılacağı ilə bağlı xəbər yayıb.
Hələb əməliyyatının Suriyanın şimalında geniş bir hərbi kampaniyaya çevrilməsi də gözlənilir. Çünki hazırda hökumət qüvvələrinin eyni zamanda Hələbin şimalına da qüvvə toplaması haqda xəbərlər gəlir. Medianın ehtimallarına görə, Suriya hökumət qüvvələrin Hələbdən sonra şimala doğru irəliləyib əl-Bab şəhərini nəzarətə götürməyə çalışacaq. Artıq Hələb əməliyyatının son hazırlıq mərhələsində olduğu və Bəşər Əsədin Hələbə gələrək çıxış edəcəyi bildirilir. Bunu isə Britaniyanın “Daily Mail” qəzeti yazıb.
Hazırda Suriyanın şimalında cərəyan edən proseslərlə bağlı ən maraqlı məqam isə əməliyyatların əhatə dairəsi və qoşulan ölkələrdir. Faktiki olaraq hazırlanan Hələb əməliyyatı “qütblərin savaşına” çevrilib. Belə ki, uzun müddət iştirakı ilə bağlı suallı xəbərlər yayılan Çin ordusu da Hələb əməliyyatına qatılır. Qərb mediası Çin hərbi təlimatçılarının sayının artdığını və hazırda onların Tartusdakı Rusiya hərbi bazasında olduğunu yazır. Qeyd edək ki, bir neçə ay əvvəl Çin ordusunun admiralı Suriyaya səfər edərək hökumət rəsmiləri ilə görüşüb, əməkdaşlıq məsələlərini müzakirə edib. Həmin vaxt Çinin Suriyaya hərbi təlimatçılar göndərdiyi haqda ilk xəbərlər yayılmışdı.
Hələb əməliyyatının bu qədər diqqət mərkəzində olması bu şəhərin əhəmiyyəti, coğrafi mövqeyi ilə bağlıdır. Hələbə nəzarət edən qüvvə Suriyanın şimalına nəzarət etmiş sayılacaq. Ancaq daha mühüm məqam Türkiyənin hazırda dəstəklədiyi hərbi qruplaşmalarla birlikdə Suriyanın şimalında mövcud olması, ABŞ-ın faktiki olaraq kürd qüvvələri ilə birlikdə Raqqaya hücum əməliyyatı başlatmasıdır. Yəni indi dünyanın və regionun bütün böyük gücləri Suriyanın şimalındadır. İddialara görə, Rusiyanın “Admiral Kuzentsov” təyyarədaşıyan gəmisinin Aralıq dənizinin Suriya sahillərinə yerləşdirilməsinin əsas səbəbi Hələb əməliyyatı gedişində olacaq mümkün təxribat ehtimalı və ya daha dəqiqi ABŞ və müttəfiq qüvvələri ilə Suriya ordusu və müttəfiqləri arasında toqquşmanın baş verməsi, yəni Amerika və Türkiyənin birbaşa savaşa cəlb olunmasıdır.
Ruslar məhz bu ehtimala qarşı səfərbər olublar, hücum əməliyyatı isə bu günlərə, yəni Vaşinqtonun başı seçki mübahisələrinə qarışdığı vaxta təsadüf edir. Çünki Hələbin qərb məhəllələrindən sonra Suirya ordusunun növbəti hədəfi Hələbin şimalındakı əl-Bab olacaq, hansı ki, indi Türkiyə də əl-Babı almağa çalışır. Türkiyə ordusu əl-Babı almaq üçün 145 tank və zirehli texnika ilə birlikdə 4600 silahlı (əsasən Azad Suriya Ordusu) hazırlayıb. Suriya ordusu da əl-Babı ələ keçirmək üçün hərbi qüvvə hazırlayıb. Ehtimal ki, Hələb əməliyyatı zamanı ruslar hərbi aviasiyanın qüvvəsindən maksimum istifadə edəcək və Türkiyənin Suriya ərazisinə daxil olmasının qarşısını alacaqlar.
Əgər daha əvvəl də deyildiyi kimi, əməliyyata Misirdən də desantların cəlb olunması xəbəri təsdiqlənərsə, o zaman Hələb əməliyyatının böyük bir kampaniya olduğu aydın olur. Amma ən həssas məqam Suriyanın şimalında yenidən Rusiya və Türkiyənin qarşı-qarşıya gəlməsidir. Ötən ilin noyabrında iki ölkə arasında gərginlik ciddi nəticələr doğurmuşdu. Yeri gəlmişkən, dekabrın 5-də Türkiyə baş nazirinin Rusiyaya səfəri olacaq.
Son məlumatlara görə, artıq Rusiyaya məxsus “Admiral Kuznetsov” gəmisi Suriyadakı əməliyyata qatılıb, Rusiya Müdafiə Nazirliyi gəminin İdlib və Humus şəhərlərindəki terrorçuların mövqelərini bombaladığını bəyan edib. Gəmidən qalxan təyyarələr Suriyada hava reydləri həyata keçirir. Qısacası, artıq böyük əməliyyatın başladığını demək olar.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.