banner
banner

Dünya

Türkiyə də İsrailə səfir təyin etdi

Türkiyə də İsrailə səfir təyin etdi

Türkiyə altı ildən sonra İsrailə yeni səfir təyin edib.

Türkiyə mətbuatı xəbər verir ki, yeni səfir Kamal Ökem Ərdoğan təyin olunub.

Türkiyə və İsrail hökumətləri tərəfindən təsdiqləndikdən sonra hər iki ölkənin səfirlərinin qısa müddətdə fəaliyyətə başlayacağı gözlənilirdi.

Qeyd edək ki, artıq İsrail də Türkiyəyə yeni səfir təyin edib. Tel-Əvivin Ankaradakı maraqlarını Eitan Naeh qoruyacaq.

Onu da qeyd edək ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. Həmin dövrdə Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın edib. Nəticədə Türkiyənin 9 vətəndaşı öldürülüb. Bu il iyunun 29-da İsrail hökuməti Türkiyə ilə normallaşma razılaşmasını təsdiqləyib.(azvision.az)

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.