Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, Paris klubunun skautları son zamanlar “River Pleyt”in hücumçusu Lukas Alarionun çıxışını diqqətlə izləyirlər.
PSJ-nin idman direktoru Patrik Kluyvert artıq 24 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb. Fransa təmsiçisi Alarioya görə 18 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, argentinalı forvard cari mövsüm Argentina çempionatında meydana çıxdığı 13 oyunda 6 qol vurub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.