banner
banner

Sağlamlıq

Kişilərdə potensiyanı yaxşılaşdıran meyvə

Kişilərdə potensiyanı yaxşılaşdıran meyvə

Bu meyvənin adı berqamotdur. Berqamot sitrus meyvələrinə aiddir. Lakin digər sitrus meyvələri ilə müqayisədə berqamotu acı dada görə çiy halda yemirlər. Aile.lent.az saglamolun.az-a istinadən berqamotun faydalarını sadalayır.

 

Bu qeyri-adi meyvə dünyada kulinariya, parfümeriya və kosmetologiyada çox geniş istifadə olunur. Berqamot yağı çaya əlavə olunur. Belə çay sağlamlıq üçün çox faydalıdır.

Berqamot və berqamot çayı ürək üçün olduqca faydalıdır - damarları genişləndirir, qan dövranını yaxşılaşdırır, qanda "pis" xolesterolun səviyyəsini aşağı salır. Həkimlər bu çayı ürək xəstəlikləri olan insanlara müalicəvi vasitə kimi tövsiyə edirlər.

 

Bundan əlavə berqamot çox güclü mikrob və virus əleyhinə təsirə malikdir, orqanizmdə iltihabı azaldır, immun sistemini möhkəmləndirir.

 

Soyuqdəymə və qrip zamanı berqamot çayı çox yaxşı kömək edir - qızdırmanı salır, xəstənin vəziyyətini yüngülləşdirir.

 

Berqamot sinir sisteminə də çox müsbət təsir edir - stressi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır, baş ağrılarını azaldır.

 

Berqamot şəkərin səviyyəsini tənzimləyir və bu səbəbdən şəkərli diabetdən əziyyət çəkənlər üçün çox faydalıdır.

 

Berqamot kişilərdə potensiyanı yaxşılaşdırır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.