|
Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Fiorentina” bu gün A seriyasında 13-cü turun oyununa çıxıb. Qol.az-ın xəbərinə görə, “Empoli”nin qonağı olan florensiyalılar 4:0 hesabı ilə qalib gəliblər. Qolları Frederiko Bernarderski (26, 61) və Josip İliçiç (47-pen., 67) vurublar. 12 oyundan 20 xalı olan “Fiorentina” hazırda turnir cədvəlində 8-ci yeri tutub. Onların rəqibləri ilə müqayisədə ehtiyatda bir oyunları var. Cia.az
|


