Əl və ayaqlarda tez–tez qarşıya çıxan şişkinliklər ağrıya səbəb olmasa da, bədəndə ağırlıq hiss etdirir.
Damar daxilində dövr edən mayenin damar xaricinə çıxması, toxuma arası ilə dəri arasında yığılması nəticəsində əmələ gələn şişkinliklər ürək çatışmazlığından böyrək xəstəliklərinə, protein itkisindən infeksiyaya qədər bir çox ciddi xəstəliklərə görə inkişaf edə bilər.
Önəmli bir problemdən qaynaqlanmayan şişkinlikləri aradan qaldırmaq mümkündür. Şiş qovucu qida və içkilər bu problem aradan qaldırmaqda kömək edə bilər:
Ananas
Ananasın tərkibindəki bromelain bədəndən su ixracını artırır. Həmçinin potesium və liflə də zəngindir ki, bu da su atımını təmin edir və şişkinliyi aradan qaldırır. Şişkinlik hiss etdiyiniz zaman hər gün 1 dilim ananas yeyin.
Cəfəri
Cəfərinin tərkibindəki maddələr su qovucu təsirə malikdir. C vitamin ilə zəngin olan cəfərinin tərkibində A vitamin və bitki mənşəli lif də var. 1 dəstə cəfəri yeməniz, yaxud qaynadıb suyunu içməniz şişin aradan qalxmasında yardımçı ola bilər.
Qaysı-qovun
Qaysı və qovun kimi sarı turuncu rəng tərəvəzlər potasiumla zəngindir. Hər gün iki boşqab meyvə yeməniz şişin əmələ gəlməsinə əngəl ola bilər.
Turp təbii diuretik qidalardandır. Həftədə 1-2 dəfə turp qəbul eləməniz bədəndəki artıq suyun bədəndən xaric edilməsinə yardımçı olur
Süd-qatıq
Süd və qatıq da bədəndəki mayenin mineral tarazlığını təmin edir. Eləcə də bu ağartı məhsulları şişkinliyin yaranmasına əngəl olan kaliumla zəngindir. Gün ərzində 2-3 stəkan süd, yaxud 1 kasa qatıq qəbul etmək bu problemin həlli üçün kifayət edər.
Yulaf
Yulafın tərkibində lif var. Tərkibində olan beta-qluken bağırsağın fəaliyyətini yaxşılaşdaraq qan dövranının sürtələnməsinə, şişkinliyin aradan qalxmasına səbəb olur. Həftədə azı 3-4 dəfə qidanıza əlavə edərək qəbul eləsəniz kifayət edir.
Adaçayı
Adaçayı ilə gicitkən otunun tərkibindəki diuretik maddələr artıq mayenin xaric edilməsinə yardımçı olur. Qəbul edərkən diqqətli olmaq lazımdır, çünki çox qəbul edildiyi zaman təzyiqi salır. Gün ərzində 1-2 fincan qəbul etmək bəs edir
Su
Şişin əmələ gəlməməsi üçün lazımi qədər su qəbul etmək lazımdır. Qəbul etdiyiniz suyu gün ərzində bölüşdürərək içməlisiniz. Çünki birdən-birə çoxlu miqdarda su qəbul eləmək şişkinliyin artmasına səbəb ola bilər.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.