banner
banner

Dünya

İşdən çıxarılan polis intihar etdi

İşdən çıxarılan polis intihar etdi

Türkiyədə işdən azad edilən komisar müavini intihar edib. 

Hadisə Sakarya əyalətinin Karasu rayonunda baş verib. Komisar müavini 40 yaşlı Harrullah Tamtürk qayınatasının evində özünü asıb. Bilecik Polis İdarəsində komisar müavini olan Hayrullah Tamtürk FETÖ təşkilatı ilə əlaqəsi olduğu üçün işdən azad edilib. Həyat yoldaşı və uşağları ilə qayınatasının evinə gələn H.Tamtürk burada tavana bərkitdiyi kəndirlə özünü asıb. Onun yaxınları dərhal təcili yardıma zəng ediblər. 
 
Hadisə yerinə gələn həkimlər H.Tamtürkün öldüyünü bildirib. İntihar hadisəsi ilə bağlı cinayət işi açılıb. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.