banner
banner

Dünya

Yəməndə atəşkəs başa çatıb

Yəməndə atəşkəs başa çatıb

BMT tərəfindən Yəməndə hərbi əməliyyatların bərpa olunmasına dair elan olunan 48 saatlıq atəşkəs başa çatıb və onun müddəti uzadılmayıb. Bunu bazar ertəsi jurnalistlərə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, atəşkəs çoxsaylı qanun pozuntularına dair xəbərlərlə müşayiət olunub.

"48 saatlıq atəşkəs başa çatdı və uzadılmadı. Hər iki tərəf pozuntular, o cümlədən aviazərbələr və yerüstü toqquşmalar barədə məlumat verib. Görünən odur ki, silahlı münaqişə, təəssüf ki, bərpa olunub", - deyə Düjarrik bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.