Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" sabah qrup mərhələsinin V turunda "Anderlext"i qəbul edəcək. Qol.az-ın məlumatına görə, artıq Belçika klubu Bakıya yola düşüb.
Komanda təxminən saat 16:00-da paytaxtımızda olacaq.
Qeyd edək ki, noyabrın 24-də keçiriləcək "Qəbələ" - "Anderlext" matçı saat 20:00-da başlayacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.