banner
banner

Dünya

Çeçen əsilli İŞİD komandiri öldürüldü

Çeçen əsilli İŞİD komandiri öldürüldü
İraqda çeçen əsilli olan İŞİD komandirlərindən biri məhv edilib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraq müdafiə nazirliyinin bəyanatında bildirilir. Məlumata görə, səhra komandiri daha bir neçə terrorçu ilə birlikdə Mosul yaxınlığında məhv edilib. Onun adı açıqlanmır.
 
Qeyd edək ki, oktyabrın 17-də İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.