banner
banner

İdman

Avropa Liqası: "Qəbələ" yenə məğlub oldu

Avropa Liqası: "Qəbələ" yenə məğlub oldu

Bu gün "Qəbələ" klubu Avropa Liqasında növbəti oyununu keçirib.

V turda onun rəqib Belçikanın "Anderlext" klubu olub.

Oyunun 10-cu dəqiqəsində qonaqlar hesabı açıblar. “Anderlext”in heyətində Yuri Tilemans komandasını hesabda irəli çıxarıb.

Lakin qonaqların sevinci cəmi dörd dəqiqə çəkib. Matçın 15-ci dəqiqəsində “Qəbələ” komandası oyunda tarazlığı bərpa edib. Rikardinyo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib – 1:1.

Komandaların cəhdlərinə baxmayaraq, birinci hissənin qalan dəqiqələrində qapılara qol vurulmayıb və matçın ilk yarısı 1:1 hesabı ilə başa çatıb.

Qarşılaşmanın sonuna yaxın – 90-cı dəqiqədə “Anderlext” komandası yenidən hesabda irəli çıxıb. Qonaqların sağ cinahdan yerinə yetirdikləri cərimə zərbəsindən sonra Massimo Bruno komandasının ikinci qolunu vurub.

Lakin bu da oyunda son olmayıb. Matçın əsas vaxtına əlavə edilən hissənin 3-cü dəqiqəsində “Anderlext”in futbolçusu Lukaş Teodorçuk oyunda son nöqtəni qoyub – 1:3.

Xatırladaq ki, bu nəticə ilə aktivində xal olmayan "Qəbələ" qrup sonuncusudur. "Anderlext" isə 11 xalla birinci pillədə qərarlaşıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.