banner
banner

İdman

"Qəbələ" ilə oyun çətin oldu" - "Anderlext"in baş məşqçisi

"Qəbələ" ilə oyun çətin oldu" -

"Oyuna hazırlıqlı çıxmışdıq. Qələbə üçün əlimizdən gələni etdik və bunu bacardıq".

Cia.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu Belçikanın "Anderlext" klubunun baş məşqçisi Rene Veyler Avropa Liqasının qrup mərhələsində Bakıda "Qəbələ" ilə görüşdən (3:1) sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi oyun haqda bunları bildirib:

"Qapıçımız Ruf gənc oyunçudur və onun qol buraxması, səhv etməsi normaldır. Bir neçə qapıçımız da var ki, gələcək oyunlarda onları meydana buraxa bilərəm. "Qəbələ" ilə oyun çətin oldu. Buna baxmayaraq, qələbə qazandığımız üçün şadam. Qarşıdakı oyunlarda da əlimizdən gələni edib, qələbə qazanmağa çalışacağıq. Stançu oyunda bir az çətinlik çəkirdi. Əsas odur ki, nəticə bizim tərəfimizdədir. Heyətdə gənc oyunçular var. Onlar da uğur qazanmağa, nəticə göstərməyə çalışırlar".

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.