Prezidentin qardaşı həbs edildi - Azərbaycanla qaçaqmalçılıq əlaqələrinə görə...
Dağıstan prezidenti Ramazan Abdullatipovun qardaşı, Federal Miqrasiya Xidməti İdarəsinin rəhbəri Rəcəb Abdullatipov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
“Qafqazinfo” “kavkazpress.ru”ya istinadən xəbər verir ki, hazırda prezidentin qardaşı haqda araşdırmaya başlanılıb. “Böyük Alveç” ləqəbi ilə tanınan Abdullatipov sifarişli qətllər, xüsusən də xarici ölkələrdən, o cümlədən Azərbaycandan Rusiyaya qaçaqmal yolu ilə spirt daşınmasında və digər fırıldaqlarda vasitəçi rol oynamaqda ittiham olunur.
Məlum olub ki, Dərbənd şəhərinin “kriminal sahibi” kimi tanınan əslən azərbaycanlı Rafiq İdrisov (“Krot”) Rusiyada hazırlanmış adı ilə spirtin Azərbaycandan bu ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi və sənədləşdirmə işlərinin aparılmasını həyata keçirib.
“Krot” bunun üçün Rəcəb Abdullatipov da daxil olmaqla bir sıra məmurların yardımından istifadə edib və onlar arasında nüfuz qazanıb. İdrisov Abdullatipovun vasitəçiliyi ilə yaxın adamlarını yüksək vəzifələrə təyin etdirməyə də cəhd edib.
Azərbaycandan Rusiyaya spirtin kontrabanda yolu ilə daşınması isə Nəriman Əliyev adlı şəxsə məxsus firma vasitəsilə həyata keçirilib. Əliyev qeyri-leqal əməliyyatla bağlı danışmaq istədiyini bildirdikdə isə İdrisov 2007-ci ildə Nərimanı və həyat yoldaşını qətlə yetirir.
Rəsmi Moskva işin üstünü açdıqdan sonra Dağıstana istintaq briqadasını göndərir, bütün təşkilatçı və icraçılar saxlanılsa da “Krot” Azərbaycana oradan da İsrailə qaçmağa müvəffəq olur.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.