banner
banner

Dünya

"Lufthansa"nın baş direktoru: Pilotların tələbi yerinə yetirilərsə...

"Lufthansa"nın baş direktoru:
Almaniyanın "Deutsche Lufthansa AG" aviaşirkətinin tətil edən pilotlarının bütün tələbləri yerinə yetirilərsə, şirkətin bundan sonra mövcud olması üçün şans qalmayacaq.
 
Trend "RİA Novosti" agentliyinə istinadən məlumat verir ki, bu barədə aviaşirkətin baş direktoru Karsten Şpor deyib.
 
Onun sözlərinə görə, xüsusən əmək haqlarının artırılması ilə bağlı tələb yerinə yetirilərsə, şirkətin movcud olmaq şansı olmayacaq.
 
Qeyd edək ki, artıq neçə gündür ki, Almaniyanın "Lufthansa" aviaşirkətinin pilotları tətil elan ediblər. Tətil nəticəsində çox sayda reys təxirə salınıb. Təkcə noyabrın 23-ə planlaşdırılan 900-ə yaxın aviareys həyata keçirilməyib.
 
Bu gün isə şirkət ümumilikdə 912 reysini təxirə salmalı olub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.