banner
banner

Dünya

Yunanıstanda əməliyyat: 50-dən çox adam həbs edilib

Yunanıstanda əməliyyat:

Yunanıstanın paytaxtı Afina şəhərinin müxtəlif rayonlarında natkotik ticarətçilərinə qarşı irimiqyaslı əməliyyat başlayıb. 

 
"Report"un məlumatına görə, bu barədə ölkənin yerli kütləvi informasiya vasitələri məlumat yayıb. "CNN Greece"in məlumata görə, şəhərin mərkəzindəki əməliyyatın gedişi zamanı 50-dən çox adam həbs edilib. Xəbərdə həmçinin qeyd edilir ki, narkotiklərin satışını həyata keçirən böyük cinayətkar dəstə şəhərdəki ayrı-ayrı qruplarla əməkdaşlıq edib. Bununla bağlı təhqiqat 7 ay davam edib. 
 
Yunanıstanın digər media orqanı isə əməliyyatın səhər saatlarında başladığını və 56 nəfərin həbs edildiyini bildirib. Məlumata görə, saxlanılanlardan 54-ü əcnəbilərdir. Axtarışlar 25 evdə aparılıb və külli miqdarda narkotik, pul müsadirə edilib. Polis ətraflı məlumatın əməliyyatdan sonra veriləcəyini bildirib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.