banner
banner

İdman

Azərbaycan millisinin baş məşqçisi istefa verdi

Azərbaycan millisinin baş məşqçisi istefa verdi

Təbriz Həsənov Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına baş məşqçi təyin olunub. Cia.az report.az-a istinadən xəbər verir ki, bu barədə 49 yaşlı mütəxəssisin özü məlumat verib.

T.Həsənov təyinatın hələ rəsmiləşmədiyini, amma yığmanın noyabrın 29-da Bakının Mərdəkan qəsəbəsindəki yığma komandaların məşq mərkəzində başlanacaq təlim-məşq toplanışına rəhbərliyin ona həvalə olunduğunu açıqlayıb: "Bir həftəlik hazırlıq prosesinə 1999-cu il təvəllüdlü futbolçular dəvət edilib. Həmin oyunçularla 3 ildir mən işləyirəm. İndi onlar U-19 komandasına keçib. Bu səbəbdən, yığma da mənə tapşırılıb".

Qeyd edək ki, yeni baş məşqçi təyinatının AFFA İcraiyyə Komitəsinin 2017-ci ilin martında keçiriləcək iclasında rəsmiləşəcəyi gözlənilir. Təbriz Həsənov bu vəzifədə Nazim Süleymanovu əvəzləyib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.