Cavid Hüseynovdan Ramin Musayevə etiraz – “Belə olmaz!”
“Qəbələ”nin futbolçusu Cavid Hüseynov Topaz Premyer Liqanın 13-cü turunda “Qarabağ”la oyundan sonra Peşəkarr Futbol Liqasının prezidenti Ramin Musayevə etiraz edib.
Qol.az-ın xəbərinə görə, 1:2 hesabı ilə yekunlaşan həmin oyundan sonra C.Hüseynov stadionunun dəhlizində R.Musayevə xitabən bu sözləri deyib:
“Biz də varıq. Biz də bilirik ki, “Qarabağ”la "Qəbələ" bu gün güclüdür. Amma belə də olmaz da! Qoyun, mübarizə getsin. Meydanın içində getsin”.
Xatırladaq ki, “Qarabağ” – “Qəbələ” oyununda hesab 0:1 olarkən baş hakim Rəhim Həsənov qonaq komandanın qapısına penalti təyin edib. Bu isə “Qəbələ”li futbolçuların etirazına səbəb olub. “Qarabağ” bu penalti ilə hesabı bərabərləşdirib. 90+7-ci dəqiqə isə Ağdam klubu daha bir qol vuraraq qələbə qazanıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.