banner
banner

İdman

Cavid Hüseynovdan Ramin Musayevə etiraz – “Belə olmaz!”

Cavid Hüseynovdan Ramin Musayevə etiraz –

“Qəbələ”nin futbolçusu Cavid Hüseynov Topaz Premyer Liqanın 13-cü turunda “Qarabağ”la oyundan sonra Peşəkarr Futbol Liqasının prezidenti Ramin Musayevə etiraz edib.

Qol.az-ın xəbərinə görə, 1:2 hesabı ilə yekunlaşan həmin oyundan sonra C.Hüseynov stadionunun dəhlizində R.Musayevə xitabən bu sözləri deyib:

“Biz də varıq. Biz də bilirik ki, “Qarabağ”la "Qəbələ" bu gün güclüdür. Amma belə də olmaz da! Qoyun, mübarizə getsin. Meydanın içində getsin”.

Xatırladaq ki, “Qarabağ” – “Qəbələ” oyununda hesab 0:1 olarkən baş hakim Rəhim Həsənov qonaq komandanın qapısına penalti təyin edib. Bu isə “Qəbələ”li futbolçuların etirazına səbəb olub. “Qarabağ” bu penalti ilə hesabı bərabərləşdirib. 90+7-ci dəqiqə isə Ağdam klubu daha bir qol vuraraq qələbə qazanıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.