|
“Çox yaxşı, əsl derbi oyunu oldu. Azarkeşlər bu matçdan həzz aldılar”. Bu sözləri Topaz Premyer Liqanın “Qəbələ”yə qarşı oyunundan (2:1) sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “CBC Spor”a bildirib. Q.Qurbanov matçın sonlarında, “Qarabağ”ın qələbə qolundan sonra yaranmış gərginliyə də toxunub: “Matçın sonluğu nəticə baxımdan bizim xeyrimizə olsa da, iki dost komanda arasındakı qarşıdurma ürəyimizcə olmadı. Amma futbolda belə şeylər olur. Futbocularıma təşəkkür edirəm ki, layiqli qələbə qazandılar. Amma əgər uduzsaydılar belə, etiraz etməyəcəkdim. Çünki elə bir oyun idi ki, həm uda, həm uduza bilərdik”. Cia.az
|


