FİFA prezidenti Canni İnfantino Braziliyanın "Şapekoense” klubunun futbolçularının da olduğu təyyarənin qəzaya uğramasından danışıb. O, Kolumbiyadakı qəzadan şoka düşdüyünü deyib: "Futbol ictimaiyyəti üçün çox ağır gündür. Faciəvi xəbərdir. FİFA "Şapekoense"nin azarkeşlərinə, futbolçuların ailələrinə, və Braziliya mətbuatına başsağlığı verir". Xatırladaq ki, bu gün səhər Braziliyanın "Şapekoense" klubunun 27 futbolçusu, məşqçiləri və nümayəndələrinin də olduğu təyyarə Kolumbiyanın Medellin hava limanına enərkən qəzaya uğrayıb. Braziliya TV-lərinin xəbərinə görə, qəzaya uğrayan təyyarədə 5 nəfər sağ qalıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.