banner
banner

İdman

“Formula-1” çərçivəsində “Azərbaycan Qran-Prisi” iyunun 25-də baş tutacaq

“Formula-1” çərçivəsində “Azərbaycan Qran-Prisi” iyunun 25-də baş tutacaq

Bu gün Vyanada Beynəlxalq Avtomobil İdmanı Feredasiyasının (FİA) Baş assambleyasının illik proqramı çərçivəsində Ümumdünya Avtomobil İdmanı Şurasının növbəti iclası keçirilib. Cia.az bildirir ki, həmin iclasda federasiyanın təşkil etdiyi 16 çempionat və seriyanın təqvimləri təsdiq olunub.

O cümlədən “Formula-1” yarışlarının 2017-ci il üçün təqvimi təsdiqlənib. Beləliklə, gələn il mövsüm 20 mərhələdən ibarət olacaq və “Almaniya Qran-Prisi” keçirilməyəcək. Ən vacib dəyişikliklərdən biri odur ki, Bakıdakı yürüş bir həftə ertələnib. O, iyun ayının 25-nə nəzərdə tutulub və beləliklə, “Le-Manın 24 saatı” marafonu ilə üst-üstə düşmə ehtimalı aradan qaldırılıb.

Bundan başqa, “Kanada Qran Prisi” ilə Bakıdakı yürüş arasında artıq iki həftə vaxt var ki. bu da nəqliyyat problemlərinin aradan qaldırılmasına səbəb olacaq. Ölkəmizin daha bir istəyi də nəzərə alınaraq, rəsmi təqvimə Bakı yürüşü, ötən mövsüm olduğu kimi, “Avropa Qran-Prisi” adı altında deyil, “Azərbaycan Qran-Prisi” kimi daxil edilib.

Yeni mövsüm martın 26-da Avstraliyada start götürəcək. “Azərbaycan Qran-Prisi” səkkizinci mərhələdir. Mövsüm noyabrın 26-da Əbu-Dabidə yekunlaşacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.