banner
banner

İdman

Berti Foqts: “Orda buna yaxşı baxmırlar”

Berti Foqts: “Orda buna yaxşı baxmırlar”
“Yurgen Klinsmann kifayət qədər ünsiyyətcil insandı. Amma bu xasiyyət heç də həmişə yaxşı deyil”. 
 
Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts deyib.
 
Son iş yeri ABŞ yığması olan almaniyalı mütəxəssis məsləhətçisi olduğu baş məşqçi Yurgen Klinsmannın komandadan qovulmasından danışıb. Foqts bildirib ki, sabiq yetirmələrinin futbolçu seçimi amerikalıların narazılığına səbəb olub: “Klinsmann öz futbol üslubu olan mütəxəssislərdəndi. Onun milli komandaya ölkə xaricində çıxış edən futbolçuları dəvət etməsi və bunu əsaslandırması yerli futbol assosiasiyası və MLS rəhbərliyini qəzəbləndirirdi. Xaricdən səviyyəli oyunçunun cəlb edilməsinə orda heç də yaxşı baxmırlar”.
 
Qeyd edək ki, Klinsmann DÇ-2018-in seçmə mərhələsinin startındakı uğursuzluqdan sonra vəzifəsindən kənarlaşdırılıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.