banner
banner

Dünya

Erməni haker ABŞ-a təhvil verilir

Erməni haker ABŞ-a təhvil verilir
Norveç Ədliyyə Nazirliyi rusiyalı haker Mark Vartanyanın ABŞ-a verilməsi haqqında qərar qəbul edib.
 
Axar.az xəbər verir ki, bunu “Dojd” telekanalına açıqlamasında hakerin atası Erik Vartanyan söyləyib. Proqramçının atası Mark Vartanyanın ekstradisiyasının 3-4 həftə içərisində baş tutacağını bildirib.
 
Vartanyan haqqında qərar noyabrın 29-u qəbul edilib. Artıq Norveç kralı V Harold rusiyalı hakerin Ədliyyə Nazirliyinin qərarından şikayətini təmin etməyib.
 
Qeyd edək ki, Vartanyan 2015-ci ilin sentyabrında həbs olunub. ABŞ Federal Təhqiqatlar Bürosunun məlumatına görə, məhz Vartanyan başqa kompüterləri idarə etməyi bacaran “Citadel” virusunun internetdə yayımını təşkil edib.
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.