banner
banner

Sağlamlıq

Ürəyin dostu ARAXİS. Hər gün 1 ovuc

Ürəyin dostu ARAXİS.

Araxis mərci, lobya, noxud, soya kimi bitkilərin yaxın qohumudur. Araxıs ürək və damarlar üçün çox faydalı məhsuldur.

Amerikada aparılmış son elmi araşdırma göstərib ki, araxisin gündəlik qəbulu ürək-damar sistemi  xəstəliklərinin riskini xeyli azaldır.

Araşdırmada 120 min nəfərdən çox insan iştirak edib. Məlum olub ki, həftədə 6 gün 1 ovuc (təxminən 30 qr) araxis yeyən insanlarda ürək-damar sistemi xəstəliklərinin və bu xəstəliklərdən ölümün riski 30% azalır.

Alimlər bunu araxisin tərkibində olan maqnezium, fitosterol və fol turşusu ilə izah edirlər.

Maqnezium damarları genişləndirir və bununla da arterial təzyiqi aşağı salır. Bu isə bir çox ürək-damar sistemi xəstəliklərinin profilaktikasıdır.

Fitosterol pis xolesterolun səviyyəsini aşağı salır və bununla da aterosklerozun inkişafının qarşısını alır. Ateroskleroz zamanı damarlarda xolesterol yığılır ki, nəticədə damarlar daralır, onların elastikliyi pozulur.  Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin əsas səbəbi sayılır.

Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar araxisi gündəlik qidalanmasına daxil etməlidir. Bu onların vəziyyətinə müsbət təsir edəcək.

Lakin bütün bu gözəl xüsusiyyətlərə baxmayaraq araxis ən güclü qida allergenlərindən biridir və allergiyadan əziyyət çəkən insanlar bu məhsulun qəbulundan imtina etməlidir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.