banner
banner

İdman

Kubok “Şapekoense”yə veriləcək - Qərar

Kubok “Şapekoense”yə veriləcək
Cənubi Amerika kuboku təyyarə qəzasında futbolçularını itirən Braziliyanın “Şapekoense” klubuna veriləcək.
Bu barədə klubun prezidenti İvan Tozzo məlumat yayıb. O, Cənubi Amerika Futbol Konfederasiyasının kuboku və 2 milyon dollarlıq mükafatı “Şapekoense”yə verəcəyini açıqlayıb.
Hələ ki, kubokun təqdimetmə mərasiminin təşkil olunub-olunmayacağı bilinmir.
Qeyd edək ki, “Şapekoense” “Atletiko Nasyonal”la Cənubi Amerika Kubokunun final matçına yollanarkən qəzaya düşüb. Təyyarənin 81 sərnişinindən yalnız 5-i sağ qalıb. Dünyasını dəyişənlərdən 2-si - müdafiəçilər Filipe Joze Maçado və Villiam Tieqo de Xesus vaxtilə Azərbaycanda müvafiq olaraq, “İnter” və “Xəzər Lənkəran”da çıxış ediblər.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.