banner
banner

İdman

"Qarabağ"ın oyununa 5000 bilet satılıb

"Qarabağ"ın oyununa 5000 bilet satılıb

Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ" və İtaliya "Fiorentina"sı arasında keçiriləcək oyuna 5000 bilet satılıb. Modern.az saytı xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Məlumata görə, dekabrın 8-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma üçün 31 min bilet satışa çıxarılıb. Biletləri oyunun keçiriləcəyi stadionun kassalarından əldə etmək mümkündür.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 1 manat, 2 manat, 5 manat, 10 manat və 20 manatdır. VİP sektorlar üçün biletlərin qiyməti 50 manatdır.

Xatırladaq ki, "Qarabağ" - "Fiorentina" matçı saat 20:00-da başlayacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.