La Liqanın 15-ci turunda keçiriləcək “Real” - “Deportivo” oyunu Madrid klubunun baş məşqçisi Zinəddin Zidan üçün əlamətdar ola bilər.
Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, “Kral klubu” meydandan ən azı 1 xalla ayrılsa, Zidanın rəhbərliyi altında “Real”ın La Liqadakı məğlubiyyətsiz oyunlar seriyası 34-ə çatacaq.
Bununla da fransız mütəxəssis Leo Benhakkerin 34 oyunluq göstəricisini təkrarlayacaq. Benhakkerin seriyasına 1989-cu ildə “Selta” 2:0 hesablı qələbə ilə son qoyub.
Qeyd edək ki, hazırda İspaniya çempionatında ən uzunmüddətli məğlubiyyətsiz oyunlar seriyası Luis Enrikeyə məxsusdur. “Barselona” onun rəhbərliyi altında 39 oyunda meydandan xalsız ayrılmayıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.