banner
banner

Dünya

Ermənistanda maaş əvəzində insanlara pendir paylanıb

Ermənistanda maaş əvəzində insanlara pendir paylanıb
Ermənistanın Qeqarkunik vilayətinin Çambarak şəhərində əmək haqları ilə bağlı yığılmış borcların əvəzində insanlara rokfor pendiri paylanıb.
 
APA-nın “Novosti Armenia”ya istinadən verdiyi məlumata görə, insanlar bir neçə aylıq işlərinin qarşılığında maaşlarını tələb ediblər. “Aştarak kat” zavodunun rəhbərliyi isə bunun qarşılığında kiloqramını 2 min dramdan (4,1 dollar) hesablamaqla əhaliyə rokfor pendiri verib.
 
Şəhər meri Yuri Avalyan bildirib ki, əvvəlcədən pendirin qiymətinin 2,5 min dram (5,2 dollar) olması razılaşdırılsa da, sonradan bu rəqəm dəyişdirilib: “Hazırda zavodda təxminən 60 ton pendir var, lakin prosesin reallaşdırılmasında problem yaranıb. Əgər pendir zavod ərazisindən çıxarılsa, xarab olacaq. Ona görə də satış üçün bazar axtarırıq. Həmçinin Rusiyaya ixrac edilməsi ilə bağlı da yollar axtarılır”.
 
Qeyd edək ki, rokfor fransız pendir növüdür.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.