Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq. Təmsilçimiz “Qarabağ”da qrupda sonuncu və həlledici oyununa çıxacaq. Qurban Qurbanovun komandası Bakıda İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək. Ağdam təmsilçisi tarixində ilk dəfə 1/16 finala vəsiqə qazana bilər. “Qarabağ” qrupdan çıxmaq üçün çətin rəqibinə qalib gəlməlidir. Lakin komadamız heç-heçə nəticəsində də istəyinə çata bilər. Bunun üçün PAOK - "Slovan" oyunu ya bərabərliklə bitməli, ya da Çexiya təmsilçisi qalib gəlməlidir.
Qrup lideri olan “Fiorentina”ya isə növbəti mərhələyə yüksəlmək üçün 1 xal da kifayət edir.
Xatırladaq ki, “Qarabağ” Florensiyada keçirilən oyunda bu rəqibinə 1:5 hesabı ilə uduzub.
8 dekabr
Avropa Liqasının qrup mərhələsi
J qrupu
20:00. “Qarabağ” – “Fiorentina” (İtaliya) Baş hakim: İvan Bebek Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.