banner
banner

Dünya

İtaliyanın baş naziri istefa verdi

İtaliyanın baş naziri istefa verdi
İtaliyanın prezidenti Sergio Matarella baş nazir Matteo Renzinin istefasını qəbul edib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Matteo Renzi dekabrın 5-də istefa verəcəyini bəyan edib.
 
Bir gün sonra İtaliya prezidenti Matteo Renzidən 2017-ci ilin dövlət büdcəsinin təsdiqinədək istefaya getməməyə xahiş etmişdi.
 
M. Renzi İtaliya konstitusiyasına dəyişikliklərə dair referendumun yekunları ilə əlaqədar istefa verib. Ölkə vətəndaşları səs çoxluğu ilə baş nazirin təkliflərinin əleyhinə səs verib. Təkliflər, ilk növbədə, dövlət hakimiyyət orqanları sistemində Senatın rol və funksiyasının dəyişilməsini nəzərdə tuturdu. Referendumda səsvermə hüququna malik İtaliya vətəndaşlarının 68 faizi iştirak edib.
 
Yaxın müddətdə İtaliya prezidenti siyasi böhrandan çıxış yollarını müzakirə etmək üçün parlament və siyasi partiyaların rəhbərləri  ilə görüşəcək.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.