"Real"ın "Borussiya"nın futbolçusu Marko Roysla razılığa gəldiyi iddia edilib.
Qol.Az-ın məlumatına görə, İspaniya mətbatı yazıb ki, artıq tərəflər arasında bütün məsələlərdə razılıq əldə olunub. Madrid klubunun bu transfer üçün "Borussiya"ya 25 milyon avro, 25 yaşlı oyunçuya isə illik 5-7 milyon avro arası məbləğ ödəyəcəyi bildirilib.
İspaniyanın "El Confidencial" qəzeti "Real"ın bu transferi yaxın vaxtlarda rəsmən açıqlayacağını yazıb.
Qeyd edək ki, qış fasiləsində Kevin Kamplı heyətinə cəlb edən "Borussiya"nın M.Roysu satacağı gözlənilirdi.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.