Hollandiyada işguzar səfərdə olan "Qarabağ"ın U-17 komandasının məşqçi-köməkçisi Cavad Mirzəbəylinin səhhətində problem yaranıb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, onda ani ürək dayanması halı baş verib.
"Qarabağ" futbol klubunun təşəbbüsü ilə C.Mirzəbəyli Amsterdamın ən yaxşı ürək xəstəxanasına yerləşdirilib.Yüngül əməliyyatdan sonra vəziyyəti yaxşılaşan məşqçi hal-hazırda palataya yerləşdirilib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.