Avropa Liqasının qrup mərhələsində sonuncu turun oyunları keçirilib. Azərbaycan çempionu “Qarabağ” qrupda sonuncu oyununu doğma meydanda İtaliyanın “Fiorentina” komandasına qarşı keçirib. Oyunda üstün tərəf meydan sahibləri olsa da, hesabı qonaqlar açıb. Oyunun 60-cı dəqiqəsində Veçino hesabı açaraq komandasını irəli çıxarıb.
"Qarabağ" 73-cü dəqiqədə Reynaldonun qolu ilə hesabı bərabərləşdirib. Amma bundan cəmi 3 dəqiqə sonra “Fiorentina”nın oyunçusu Kyezanın qolu “Qarabağ”ın arzularının üstündən xətt çəkib. Bununla da 2:1 hesabı ilə məğlub olan "Qarabağ" Avropa Liqasında mübarizəni dayandırıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.