Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası ötən gün ikinci oyununu keçirib.
CİA.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk yoxlama matçında "Antalyaspor"lu yaşıdları ilə qarşılaşan "qırmızı-qaralar" (0:2) bu dəfə "Kunduspor"un U-17 komandası ilə üz-üzə gəlib.
Matç 2:2 hesabı ilə yekunlaşıb. "Qəbələ"nin heyətində Rüstəm Nuriyev və Eldost Qiyasbəyli fərqlənib. Komandanın toplanış çərçivəsində üçüncü - son oyunu yanvarın 18-i baş tutacaq. Rəqibin adına bu gün aydınlıq gələcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.