banner
banner

Dünya

Saakaşvilini Gürcüstanda belə satdılar

Saakaşvilini Gürcüstanda belə satdılar
2014-cü ilin əvvəlində Vahid Milli Hərəkatın liderlərindən biri olan David Bakradze məxfi şəkildə milyarder Bidzina İvanişvili ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Xronika+” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Bakradze ikinci dəfə İvanişvili ilə 2015-ci ilin avqustunda bir araya gəlib. Onunla birlikdə görüşdə Vahid Milli Hərəkatın liderlərindən başqa biri Qiqa Bokeriya və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri də olub.
Maraqlı məqam odur ki, görüşün baş tutduğu restoran 10 günlük kirayələnib və bütün şəxsi heyəti buraxılıb:
 
“İvanişvili hər iki lideri məhz burada öz tərəfinə çəkməyi bacarıb. Vahid Milli Hərəkatın həbsdəki liderlərindən biri olan Vano Merabişviliyə bu görüşlə bağlı məlumat verilib. Merabişvili buna razılıq verməyib və dərhal Saakaşviliyə sədaqətini nümayiş etdirmək üçün ona məktub yazıb”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.