“Arsenal”ın türk əsilli futbolçusu Mesud Özil zədələnib.
“Qafqazinfo” xəbər verir ki, “Çelsi”yə qarşı keçirilən matçda zədələnən Özilin 3 ay müddətinə oynaya bilməyəcəyi müəyyənləşib. Həkimlərin müayinəsindən sonra futbolçunun sol dizində yırtıq əmələ gəldiyi aşkarlanıb.1 ilə yaxındır öz ideal formasından uzaqda olan və buna görə də azarkeşlərin tənqid obyektinə çevrilən Özil ən az 3 ay da top qova bilməyəcək.
Qeyd edək ki, “Arsenal”da əsas heyət üzvlərindən olan Aron Remzi və Olivye Jiru da zədədən əziyyət çəkirlər.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.