banner
banner

Dünya

BMT-nin baş katibi İstanbulda baş vermiş terror aktını pisləyib

BMT-nin baş katibi İstanbulda baş vermiş terror aktını pisləyib
BMT-nin baş katibi Pan Gi Mun Türkiyənin İstanbul şəhərində şənbə günü baş vermiş və onlarla insanın həlak olduğu terror aktını pisləyib.
 
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, BMT rəhbəri yazılı bəyanatda terror qurbanlarının ailələrinə başsağlığı verib və hadisəyə görə məsuliyyət daşıyanların ədalətə cəlb ediləcəyinə ümidini ifadə edib.
 
"BMT-nin baş katibi həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığını ifadə edir, həmçinin yaralananların qısa müddətdə sağalmalarını arzu edir. O ümid edir ki, terror aktının müqəssirləri tezliklə müəyyənləşdiriləcək və ədalətə cəlb ediləcək", - deyə rəsmi məlumatda qeyd edilir.
 
Qeyd edək ki, ötən gün Türkiyənin İstanbul şəhərində baş vermiş partlayışlarda 29 nəfər ölüb. Hadisə zamanı həmçinin 166 nəfər xəsarət alıb. 
 
Hadisəni törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.