banner
banner

Dünya

Prezident sarayını partlatmaq istədilər

Prezident sarayını partlatmaq istədilər

İndoneziya polisinin xüsusi təyinatlıları Cakarta şəhəri ətrafındakı Bekasinin şərqində prezident sarayını partlatmağa hazırlaşan 3 şübhəli terrorçunu saxlayıb.

Bu haqda paytaxt polisinin rəsmi nümayəndəsi Paden Prabovo Arqo Yuvono məlumat verib.

“Onlar bazar günü prezident mühafizəsinin növbə dəyişikliyi mərasimi zamanı prezident sarayını bomba ilə partlatmağı planlaşdırıblar”, - o, deyib.

İndoneziya prezidentinin rezidensiyası cammat üçün açıqdır, ayın hər ikinci bazar günü qaravul növbəsi dəyişikliyini görə bilirlər.

Polisin sözlərinə görə, həbs olunanlar 3 kiloqram gücündə TATR bombası hazırlayıblar. 
Əgər bomba partlasaydı, 300 metrlik ərazidə hər şey dağıla bilərdi.

Milli polsin rəsmi nümayəndəsi Avi Setiyoni qeyd edib ki, həbs olunanlar İraq-Şam İslam Dövləti ilə bağlı olublar.

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.