banner
banner

Sağlamlıq

Həftədə 1 dəfə 24 saat... Sağlam və cavan olmaq istəyənlər oxusun!

Həftədə 1 dəfə 24 saat...

Müxtəlif ölkələrdə aparılmış araşdırmalar qısamüddətli aclığın insan sağlamlığı üçün çox faydalı olduğunu göstərib.

Alimlərin fikrinə görə, aclıq zamanı orqanizm xəstə, köhnə toxumalardan və hüceyrələrdən (o cümlədən, hər gün əmələ gələn xərçəng hüceyrələrindən), toksinlərdən, şlaklardan və s. ziyanlı maddələrdən təmizlənir və bu da orqanizmin sağalmasına və cavanlaşmasına kömək edir.

Alimlər sübut ediblər ki, müntəzəm olaraq həftədə 1 dəfə 24 saat ərzində ac qalmaq ürək-damar sistemi, xərçəng, mübadilə və s. xəstəliklərinin riskini azaldır, stres və depressiya ilə mübarizədə kömək edir. Aclıq zamanı kifayət qədər su içmək, yüngül işlə məşğul olmaq, ən azı 1 saat ərzində açıq havada gəzmək lazımdır.

Hal hazırda müalicəvi aclıq hətta bəzi xəstəliklərin (piylənmə, ateroskleroz, hipertoniya, allergiyalar və s.) müalicəsində istifadə olunur. Müalicəvi aclıq həkim tərəfindən tətbiq olunmalıdır.

Bak İnstitutu (ABŞ) alimlərinin yeni araşdırması sübut edib ki, aclıq zamanı beyin dincəlir və bu da onun fəaliyyətinə çox müsbət təsir edir.

Science World Report xəbər verir ki, yeni araşdırmanın nəticələri epilepsiya və digər sinir sistemi xəstəliklərinin müalicəsində istifadə oluna bilər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.