|
"France Football" dərgisinin dünyanın ən yaxşı oyunçusuna verdiyi "Qızıl top" mükafatının səsverməsinin bütün nəticələri açıqlanıb. Dünyanın müxtəlif ölkələrindən 173 jurnalist arasında aparılan səsverməyə əsasən, mükafatı qazanan Portuqaliya millisinin və "Real"ın hücumçusu 745 xal yığıb. Lionel Messsi (Argentina, "Barselona) 316 xalla 2-ci, Antuan Qrizmann (Fransa, "Atletiko") 198 xalla 3-cü olub. "Qızıl top"a namizəd 30 futbolçudan cəmi 19-u heç olmasa 1 səs toplaya biliblər. 1. Kriştiano Ronaldo (Portuqaliya, "Real" - 745 xal Serxio Aquero (Argentina, "Mançester Siti"), Kevin De Bruyne (Belçika, "Mançester Siti"), Paulo Dibala (Argentina, "Yuventus"), Dieqo Qodin (Uruqvay, "Atletiko"), Qonzalo İquain (Argentina, "Napoli" /" Yuventus"), Andres İnyesta (İspaniya, "Barselona"), Koke (İspaniya, "Atletiko"), Huqo Lloris (Fransa, "Tottenhem"), Tomas Müller (Almaniya, "Bavariya"), Manuel Noyer (Almaniya, "Bavariya") və Serxio Ramos (İspaniya, "Real") isə 1 səs belə toplaya bilməyiblər. Cia.az |


