"Dəyişməli olan çox şey yox idi. Xeyli qol imkanlarımız oldu. Bu, bir tərəfdən yaxşıdır. Amma digər tərəfdən bunları reallaşdırmaq da lazımdır".
Bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun 1/4 finalında AZAL-a qalib gəldikləri oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis qış fasiləsində heyətdə hansı dəyişiklik olacağı haqda sualı belı cavablandırıb:
"İndidən bunu planlaşdırmaq çətindir. Bəzi cəhdlər olacaq. Qış transfer dönəmində futbolçu tapmaq asan deyil. Buna görə də komandanı gücləndirmək çətinləşir. Biz yayda yeni komanda yaratdıq. Sistemli oynadıq və Avropa Liqasının qrup mərhələsinə qədər irəlilədik. Bu, möcüzə idi. Sistemli şəkildə çıxış etmək lazımdır".
cia.az