Rusiya hərbçiləri və yerli silahlı qruplaşmalar arasında təmaslardan sonra Hələbdə atəşkəsə dair razılaşma əldə olunub. Bu barədə Türkiyə XİN-in sözçüsü Hüseyn Müftüoğlunun açıqlamasında bildirilir.
“Biz təsdiqləyə bilərik ki, Rusiya hərbçiləri və müxalifət qüvvələrinin nümayəndələri arasında danışıqlar nəticəsində şərqi Hələbdə atəşin dayandırılmasına dair razılaşma əldə olunub. Söhbət birinci mərhələdə dinc sakinlərin, daha sonra isə silahlı müxalifətçilərin İdlib şəhəri istiqamətində təxliyəsindən gedir”, - deyə açıqlamada bildirilir.
O, Hələbdə atəşkəsin əldə olunması və humanitar dəhlizlərin açılmasında Türkiyənin səylərini qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Hələbin 98 faizinin Suriya ordusunun nəzarətində olduğu bildirilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.