banner
banner

Dünya

Terrorçular Hələbi tərk edəcək

Terrorçular Hələbi tərk edəcək
Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, terrorçular ailələri ilə birlikdə  “Ramuse” nəzarət-buraxılış məntəqəsindən keçməklə Hələb şəhərini tərk edəcəklər. 
 
APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”-yə Hələb əməliyyatı qərargahından bildirilib.  
 
Mənbənin sözlərinə görə, silahlıların şəhərdən çıxması yaxın saatlarda baş verəcək: “Döyüşlər artıq aparılmır. Hazırda detallar razılaşdırılır. Razılaşmaya əsasən, terrorçular ailə üzvləri ilə birlikdə qərb istiqamətində, “Rasmuse” nəzarət-buraxılış məntəqəsindən şəhəri tərk edəcəklər. Avtobuslar artıq hazırdır”,  - deyə mənbə bildirib.
 
Qeyd edək ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin  Suriya hökumətinin şərqi Hələb üzərində nəzarəti tam bərpa etdiyini bildirib.  
 
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Hələbdə dinc sakinlərin kütləvi şəkildə öldürülməsinə dair yayılan xəbərlərin əsassız olduğunu bildirib.   
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.