banner
banner

İdman

"Ədalətli nəticə olmadı" – Ronaldo

"Ədalətli nəticə olmadı"

"Erkən qol buraxdıq və buna görə də qalib gələ bilmədik. Xüsusilə birinci hissədə çox yaxşı oyun nümayiş etdirdik.

Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Ancaq şanssız tərəf biz idik. Heç-heçə ədalətli nəticə olmadı. Azarkeşlərdən bu nəticəyə görə üzr istəyirik. Çox məyusuq".

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın futbolçusu Kriştiano Ronaldo İspaniya kubokunun 1/8 final mərhələsinin cavab qarşılaşmasında "Atletiko" ilə bərabərə (2:2) qalaraq mübarizəni dayandırdıqları oyunu şərh edərkən deyib.

Portuqaliyalı hücumçu "Atletiko"nun daha çox müdafiədə oynadığını bildirib: "Atletiko" bəyənilən futbol oynamır. Qol vurduqdan sonra isə ancaq müdafiə olunurlar və boşluqlar yaranan kimi fərqlənməyə çalışırlar. Ancaq bütün bunlara baxmayaraq, komandanın məşqçi və futbolçularına hörmt etmək məcburiyyətindəyik".

K.Ronaldo onu da deyib ki, qazandığı "Qızıl top" mükafatı onu arxayınlaşdırmayıb: "Komandamın uğur qazanması üçün mübarizə aparmağa davam edəcək. Hazırda La Liqada liderik və Çempionlar Liqasında çıxışımızı davam etdirirk. "Qızıl top" qazanacağımı yeni ildən iki həftə öncə anlamışdım".

Qeyd edək ki, "Real" iki oyunun nəticəsinə əsasən (0:2, 2:2) İspaniya kubokunda mübarizəni dayandırıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.