banner
banner

Dünya

Savçenko Odessada qəzaya uğrayıb

Savçenko Odessada qəzaya uğrayıb
Ukraynanın Odessa vilayətində salonunda Ali Radanın deputatı Nadejda Savçenkonun olduğu avtomobil idarəetməni itirərək yoldan kənara çıxıb. Qəzaya səbəb yolların buz bağlaması olub. 
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə deputatın bacısı Vera bildirib.
 
Onun sözlərinə görə, vilayətdəki yolların sürüşkən və təmizlənməmiş olması insidentə səbəb olub.  Vera Savçenko bildirib ki,  qəza şahidləri xəndəkdən çıxmağa onlara kömək ediblər.
 
“Otuz dəqiqədən sonra biz artıq yolumuzu davam edirdik”, - deyə V.Savçenko  “Facebook” səhifəsində bildirib.  
 
Savçenko Odessaya seçicilərlə görüşməyə yollanırmış.
 
İnsident nəticəsində Savçenko xəsarət almayıb. 
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.