banner
banner

Dünya

Göyçayda iki nəfər bıçaqlanıb

Göyçayda iki nəfər bıçaqlanıb
Göyçay rayon sakinləri arasında dava bıçaqlanma ilə nəticələnib. 
Hadisə bu gün axşam saatlarında kəndində qeydə alınıb. Ərəbcəbirli kənd sakini 1964-cü il təvəllüdlü Səmədov Azər Seyid oğlu və Göyçay şəhərinin R.İsayev küçəsindəki 90 saylı ünvanda yaşayan 1962-ci il təvəllüdlü İbrahimov Əbülfəs Malik oğlu bıçaq xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların qarın və boğaz nahiyəsindən bıçaqlandığı bildirilir. Yaralılar cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunublar.
 
Hadisənin hansı səbəbdən baş verdiyi və bu iki şəxsin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. İlkin ehtimala görə, Azər Səmədov və Əbülfəs İbrahimov bir-birini bıçaqlayıb.
 
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
 
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.   
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.